Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 sentyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1701614
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 sentyabr 2021)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 3759 yoluxma faktı qeydə alınıb, 3473 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 45 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 432 min 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 373 min 475 nəfər müalicə olunaraq sağalıb, 5722 nəfər həyatını itirib. Aktiv xəstə sayı 53 min 298 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 678, bu günə qədər isə ümumilikdə 4 milyon 498 min 717 test icra olunub.

  Qey edək ki, bu gün Azərbaycanda 98 min 494 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 min 167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 min 327 nəfər təşkil edib.

  Ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 9 min 933, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 239 min 851, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 770 min 82 nəfərdir.



Әlaqәli Xәbәrlәr