İlham Əliyev və Sadır Caparov Ağdamda inşa olunacaq məktəbin təməlini qoydular

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Caparov Ermənistanın işğalından azad edilmiş Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstan tərəfindən tikiləcək məktəbin təməlini qoyublar.

2132279

Ötən gün paytaxt Bakıda İlham Əliyevlə görüşən Sadır Çaparov dünən Füzuliyə gedib. Ermənilərin işğalı dövründə Füzuli şəhərində həyata keçirilən dağıntılarla tanış olan İlham Əliyev və Sadır Çaparova burada aparılan yenidənqurma işləri barədə məlumat verilib.
Dövlət başçıları daha sonra Ağdam şəhərinə gedib, buradakı tarixi abidələri ziyarət edib, tikinti və abadlıq işləri ilə tanış olublar. Liderlər bərpa olunmuş tarixi Ağdam Cümə məscidinin açılışında da iştirak ediblər.
Ağdamın Xıdırlı kəndinə də gedən İlham Əliyev və Sadır Caparov burada Qırğızıstan tərəfindən inşa olunacaq məktəbin təməlini də qoyublar.

Әlaqәli Xәbәrlәr