Kubaniçbek Ömurəliyev: ''Türk Həftəsi proqramını müxtəlif ölkələrdə təşkil etməyi planlaşdırırıq''

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubaniçbek Ömurəliyev bu il ilk dəfə 22-25 aprel tarixlərində İsveçrədə keçirilən və Türk dünyasını tanıtmağı hədəfləyən Türk Həftəsi proqramını müxtəlif ölkələrdə təşkil etməyi planlaşdırdıqlarını bildirib.

2131995

Türk dünyasını daha geniş auditoriyaya tanıtmağı hədəfləyən Türk Həftəsi proqramına qatılmaq üçün İsveçrənin Cenevrə şəhərində səfərdə olan TDT-nin baş katibi K.Ömurəliyev Anadolu Agentliyinə verdiyi müsahibədə tədbir çərçivəsində  foto sərgiləri, konfranslar və konsertlərin keçirildiyini deyib.
K. Ömurəliyev deyib:"Türk dövlətlərinin ortaq məqsədi var. Türk Həftəsinin məqsədi diplomatiyanın mərkəzi Cenevrədə türk dünyasındakı əməkdaşlığı  bütün dünyaya tanıtmaqdır. Türk Həftəsi proqramını müxtəlif ölkələrdə keçirməyi planlaşdırırıq''.
Türk Həftəsi proqramı çərçivəsində təşkil edilən tədbirlərdə bir çox müxtəlif ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyinə diqqət çəkən K. Ömurəliyev Türk dövlətlərinin “birlikdə daha güclüyük” şüarı ilə hərəkət etdiyini və bu əməkdaşlıq ruhunun çox böyük olduğunu bildirib.

Әlaqәli Xәbәrlәr