Bakıda qondarma ''1915-ci il hadisələri'' mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycanın paytaxtı Bakıda qondarma ''1915-ci il hadisələri'' mövzusunda beynəlxalq konfrans keçirilib.

2131679
Bakıda qondarma ''1915-ci il hadisələri'' mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycanın paytaxtı Bakıda qondarma ''1915-ci il hadisələri'' mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Qərbin əsassız iddiaları arxiv sənədləri ilə təkzib edilib.
Azərbaycan İqtisad Universiteti ilə Ankara Hacettepe Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda erməni lobbisinin iddialarının heç bir hüquqi əsasının olmadığı vurğulanıb.
Türkiyənin “tarixi komissiya”nın yaradılması təklifinə cavab almaması buna misal olaraq göstərilib.
Türkiyənin Azərbaycandakı səfiri, dosent Cahit Bağcı deyib:
“2005-ci ildə Türkiyə 1915-ci il hadisələrini araşdırmaq üçün birgə komissiyasının yaradılmasını təklif etdi. Ermənistan tərəfi bizim təklifimizə hələ ki, müsbət cavab verməyib”.
Konfransda hadisələrin təhrif olunaraq siyasi alətə çevrilməsi tənqid edilib. Qərbin törətdiyi soyqırımlar xatırladılıb.
Konfransda çıxış edən Azərbaycan İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov deyib: ''Türkiyəni günahlandıran Fransa əslində soyqırımı törədən ölkədir. 1994-cü ildə Ruandada 800 min insan, Əlcəzairin işğalında isə bir milyon yarım insan öldürüldü. Amma heç vaxt bu məsələləri gündəmə gətirmirlər”.


Etiketlәr: #konfrans , #Bakı , #Azərbaycan

Әlaqәli Xәbәrlәr