Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 iyul 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1676811
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 iyul 2021)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 88 nəfər müalicə olunaraq sağalıb, 213 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 338 min 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 331 min 200 nəfər müalicə olunaraq sağalıb, 4991 nəfər vəfat edib. Aktiv xəstə sayı 1992 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 905 min 500 test aparılıb. Bugünkü test sayı isə 10.817-dir.

  Qeyd edək ki, iyulun 17-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 39 min 989 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 17 min 430, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 22 min 556 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 323 min 487-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 566 min 320, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 757 min 167 nəfərdir.



Әlaqәli Xәbәrlәr