Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı

II Qarabağ müharibəsindən sonra Qarabağda atəşkəs rejiminə nəzarət etmək və pozuntuların qarşısını almaq məqsədilə Azərbaycanın Ağdam rayonunda yaradılmış  Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib.

2132570
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı
karabag-Turk-rus ortak merkezi1.jpg
karabag-Turk-rus ortak merkezi.jpg

II Qarabağ müharibəsindən sonra Qarabağda atəşkəs rejiminə nəzarət etmək və pozuntuların qarşısını almaq məqsədilə Azərbaycanın Ağdam rayonunda yaradılmış  Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycanın Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin sülhə böyük töhfələr verdiyini bildirib.
Kərim Vəliyev Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən əsgər və zabitlərə təşəkkür edib.
Azərbaycanın Qarabağda öz suverenliyini tam bərqərar etdiyini və Ermənistan ordusunun bölgədən çıxarıldığını xatırladan Kərim Vəliyev Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin vəzifəsinin tamamlandığını qeyd edib.
Rusiya Baş Qərargah rəisinin müavini general-leytenant Sergey İstrakov da mərkəzdə xidmət edən rus və türk əsgərlərinin bölgədə atəşkəsi təmin etmək və nəzarət etmək üçün təhlükəsiz sistem qurduğunu açıqlayıb.

Bütün tapşırıqların türk və rus əsgərləri tərəfindən yerinə yetirildiyini vurğulayan Sergey İstrakov Rusiya sülhməramlılarının bölgədəki vəzifəsinin də tamamlandığını bildirib.

Türkiyə Milli Müdafiə Nazirliyi Quru Qoşunlarının qərargah rəisi general-polkovnik Levent Ergün mərkəzdəki türk və rus əsgərlərinin qarşılıqlı hörmət və həmrəylik anlayışı ilə vəzifələrini uğurla yerinə yetirdiklərini bildirib.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Azərbaycanın ərazi bütövlüyü təmin olunana qədər atəşkəsə nəzarət prosesinin rahat şəkildə həyata keçirilməsini təmin etdiyini bildirən Levent Ergün Türkiyə və Rusiyanın regional sülh və sabitliyi təmin etmək əzminin dünya ictimai rəyi tərəfindən təqdirlə izlənildiyini qeyd edib.

Levent Ergün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən bütün əsgərlərə təşəkkür edib.



Әlaqәli Xәbәrlәr