Prezident İlham Əliyev Türkiyə ticarət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyənin ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1613461
Prezident İlham Əliyev Türkiyə ticarət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Ruhsar Pekcan-Azerbaycan

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Azərbaycan Milli Məclisdə olub.

Nümayəndə heyətini Milli Məclisin sədri Sahibə Qafarova qəbul edib.

Görüşdə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib.

Xatırladaq ki, Azərbaycanda səfərdə olan Ruhsar Pekcanın dünən (1 aprel) rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyində görüş keçirilib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, ortaq maraqların və dəyərlərin birləşdirdiyi Azərbaycan və Türkiyə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz örnəkdir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. Dövlət başçılarının səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşməsini şərtləndirir. İqtisadiyyat naziri əməkdaşlığın inkişafında bu ilin fevralında Türkiyədə 9-cu iclası keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının əlverişli platforma olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan və Türkiyə arasında çoxsahəli əməkdaşlığın genişləndirilməsi üçün həyata keçirilən tədbirlər yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcək.

Türkiyənin ticarət naziri Ruhsar Pekcan Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bildirib, Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə "Covid-19" pandemiyasının ölkə iqtisadiyyatına təsirləri barədə məlumat verilib, koronavirusla mübarizədə qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Tərəflər ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılması və maraq doğuran digər məsələləri müzakirə ediblər.



Әlaqәli Xәbәrlәr