Türk-Amerika qeyri-hökumət təşkilatları Xocalı qətliamını qınayıblar

ABŞ-da fəaliyyət göstərən Türk-Amerika qeyri-hökumət təşkilatları Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqəli mesaj yayıb.

1591118
Türk-Amerika qeyri-hökumət təşkilatları Xocalı qətliamını qınayıblar

ABŞ-da fəaliyyət göstərən Türk-Amerika qeyri-hökumət təşkilatları Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqəli mesaj yayıb.

Türk-Amerika Milli İdarəetmə Komitəsi (TASC)  tərəfindən yayımlanan mesajda Ermənistan ordusu tərəfindən Azərbaycanın Xocalı şəhərində aralarında 106 qadın və 63 uşaq olmaqla 613 mülki şəxsin qətlə yetirilməsini pislənib.

Mesajda "Beynəlxalq ictimaiyyəti erməni qüvvələrinin törətdikləri vəhşiliklər barədə məlumatlandırmalı və bu dəhşətli hərbi cinayətə görə ədalət tələb etməliyik" ifadəsi yer alıb.

Türk-Amerikan Dərnəkləri Şurası (ATAA) tərəfindən yayılan mesajda isə, 1992-ci ildə Xocalıda erməni qüvvələri tərəfindən törədilən qırğın qınanaraq, ABŞ və beynəlxalq ictimaiyyət bu cinayətə görə erməni liderlərini məsul tutmağa çağırıb.



Әlaqәli Xәbәrlәr