İsrail ordusunun Qəzzaya hücumları nəticəsində ölənlərin sayı artmaqda davam edir

İsrail ordusunun 7 oktyabrdan etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 32 min 623-ə yüksəlib.

2122121

Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra İsrailin 175 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verib.

Kudra son 24 saatda İsrail qüvvələrinin Qəzza zolağına təşkil etdiyi hücumlarda daha 71 fələstinlinin həyatını itirdiyini, 112 fələstinlinin isə yaralandığını bildirib.

İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 32 min 623-ə yüksəldiyini ifadə edən Kudra yaralı sayının isə 75 min 92-yə yüksəldiyini qeyd edib.

Səhiyyə Nazirliyinin sözçüsü Kudra dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbilə tibb qruplarla mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.

Әlaqәli Xәbәrlәr