Entoni Blinken çinli həmkarı Vanq Yi ilə görüşüb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken Çinə rəsmi səfəri çərçivəsində həmkarı Vanq Yi ilə görüşüb.

2132559
Entoni Blinken çinli həmkarı Vanq Yi ilə görüşüb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken Çinə rəsmi səfəri çərçivəsində həmkarı Vanq Yi ilə görüşüb.

Çin Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, nazir Vanq Yi görüş zamanı bildirib ki, Çin sədri Si Cinpin və ABŞ prezidenti Co Bayden arasında noyabr ayında San-Fransiskoda keçirilən görüşdən sonra iki ölkə arasında münasibətlər davamlı şəkildə inkişaf edir.

Vanq Yi ABŞ-ın Çinin qanuni inkişaf haqqına təzyiq göstərərək onun əsas maraqlarına zərər verdiyini bildirib.

İki ölkənin əsas maraqlarına qarşılıqlı hörmət etməsinin vacibliyini vurğulayan Vanq Yi ABŞ-ın Çinin daxili məsələlərinə müdaxilə etməməli və inkişafına təzyiq göstərməməli olduğunu vurğulayıb.

ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Entoni Blinken görüş zamanı iki ölkə liderlərinin razılaşdığı aktiv diplomatiya gündəmini irəli aparmaq istədiklərini bildirib. 
Qeyd edək ki, Entoni Blinken Çin prezidenti Si Cimpin tərəfindən də qəbul edilib.



Әlaqәli Xәbәrlәr