Almaniya prezidenti Türkiyə səfərini qiymətləndirdi

F.V.Ştaynmayer 22-24 aprel Türkiyə səfərilə bağlı türkiyəli jurnalistlərə açıqlama verərək bildirib ...

2132533
Almaniya prezidenti Türkiyə səfərini qiymətləndirdi

 

  Almaniya prezidenti Frank Valter Ştaynmayer (Frank Walter Steinmeier) Türkiyə ilə Yaxın Şərqdə daimi sülhün iki dövlətli həll yolu ilə mümkün olacağı mövzusunda həmfikir olduqlarını bildirib.

  F.V.Ştaynmayer 22-24 aprel Türkiyə səfərilə bağlı türkiyəli jurnalistlərə açıqlama verərək bildirib: “Almaniya və Türkiyənin Yaxın Şərqdəki qarşıdurmalara baxışları fərqlidir. Ancaq biz Yaxın Şərqdə daimi sülhün iki dövlətli həll yolu ilə mümkün olacağı ilə bağlı həmfikirik.

  Türkiyədəki görüşlər konstruktiv keçdi. Bu səfərimin hər dəqiqəsi qiymətliydi.

  Diplomatik əlaqələrimizin başlamasının 100-cü ildönümündə Türkiyəyə gəldim.

  Hər iki ölkə NATO-da G-20 müttəfiq üzvüdür.

  Türkiyə və Almaniya bir-biri üçün əvəzolunmazdır, bir-birimizə ehtiyacımız var.

  Almaniyanın DHL logistika şirkətinin İstanbul hava limanındakı qərargahı mövzusunu da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə etdik. Bu mərkəz sürətli hava yük daşımaları sektorunda bir modeldir.

  Avropa ölkələri arasında Ar-Ge Mərkəzi çərçivəsində qurulan ilk Rəqəmsal Çevrilmə Ofisinin İstanbulda olması da sevindiricidir.

  Türkiyədəki Almaniya baş konsulluq işçilərinin sayı artırılıb. Viza prosesi müddətinin qısaldılması və görüşlərin daha sürətli aparılması üçün işlər görülür.

  Prezident Ərdoğanın Almaniyada keçiriləcək və Türkiyə milli idmançısının mübarizə aparacağı AVRO 2024-ə qatılmasını gözləyirik”.



Әlaqәli Xәbәrlәr