Çin və Hindistan sərhəd gərginliyi danışıqlarının növbəti raundu keçirildi

Çin və Hindistan xarici işlər nazirliklərindən verilən məlumata görə ...

2121894
Çin və Hindistan sərhəd gərginliyi danışıqlarının növbəti raundu keçirildi

 

  Çin və Hindistan Himalaydakı mübahisəli sərhəd gərginliyi problemini həll etmək üçün danışıqların yeni raundları keçirib.

  Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sərhəd mübahisələrini həll etmək üçün həyata keçirilən Çin-Hindistan Sərhəd Məsələləri Məsləhətləşmə və Koordinasiya İş Mexanizminin 29-cu iclası paytaxt Pekində keçirilib. İki ölkənin xarici işlər, müdafiə, immiqrasiya və digər nazirlikləri rəsmilərinin iştirak etdiyi görüşdə hər iki tərəfin razılaşacağı planın tezliklə hazırlanması qərara alındı.

  Sərhəddə vəziyyət normal idarəetmə və nəzarət mərhələsinə keçib.

  Hindistan Xarici İşlər Nazirliyinin açıqlamasında da qeyd olunub ki, Faktiki Nəzarət Xəttinin (LAC) qərbindəki problemlərin həlli və qarşılıqlı geri çəkilmənin başa çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb”.

  İki ölkənin birgə bəyanatında tərəflərin sərhəd bölgəsində sülh və əmin-amanlığın qorunması üçün diplomatik və hərbi kanallar vasitəsilə müntəzəm əlaqə saxlamağın vacibliyi qeyd edilib.

  Qeyd edək ki, Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı aydın olmayan sərhəd xətti ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur. Çayları, gölləri, buzlaqları və qarlı zirvələri əhatə edən 3500 kilometrlik sərhəd tərəfləri tez-tez üz-üzə gətirir.

  Rəsmi Pekin Hindistanın "Cənubi Tibet" adlandırdığı Arunaçal Pradeş əyalətində 90 min kvadrat kilometr əraziyə iddia edir, Yeni Dehli isə Aksay-Çin yaylaqlarını əhatə edən 38 min kvadrat kilometr ərazinin Çin tərəfindən işğal edildiyini deyir.



Әlaqәli Xәbәrlәr