İsrailin hücumları nәticәsindә beş mindәn çox tәlәbә hәyatını itirib

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağında törətdiyi hücumlar nəticəsində azı 5826 tələbə həyatını itirib.

2120687
İsrailin hücumları nәticәsindә beş mindәn çox tәlәbә hәyatını itirib

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağında törətdiyi hücumlar nəticəsində azı 5826 tələbə həyatını itirib.

Fələstin Təhsil  Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilində törətdiyi hücumlar nəticəsində ölən və yaralanan tələbələrlə bağlı məlumat verilib.

Açıqlamaya görə, İsrailin hücumları nəticəsində Qəzza zolağında 5 min 826 fələstinli tələbə həyatını itirib, 9570-i yaralanıb, 103-ü də saxlanılıb.

Bu müddət ərzində İsrailin hücumlarında 408 məktəbin hədəf alındığı  və 264 müəllimin öldüyü, 960-nın da yaralandığı bildirilib.

Açıqlamada Qəzza zolağında 620 min fələstinli tələbənin təhsildən məhrum edildiyi, İsrailin hücumları nəticəsində Qəzzada tələbələrin əksəriyyətinin psixoloji problemlərlə üzləşdiyi də vurğulanmışdır.

Açıqlamada həmçinin  Qəzza zolağında davam edən hücumlarda Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatına (UNRWA) tabe olan məktəblər də daxil olmaqla  351 məktəbin hədəf alındığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən  Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 14 280-i uşaq, 9 340-ı da qadın olmaqla 32  414 fələstinli həlak olub, 74 787 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.



Әlaqәli Xәbәrlәr