İsrail Qətərdəki heyəti geri çağırıb

İsrail müzakirə heyətini Qətərdən geri çağırdığını açıqlayıb.

2120623
İsrail Qətərdəki heyəti geri çağırıb

İsrail Qəzzadakı müharibənin tamamilə dayandırılması və İsrail ordusunun bölgədən tamamilə çıxarılması da daxil olmaqla, "Həmas"ın "ifrat tələbləri" səbəbi ilə müzakirə heyətini Qətərdən geri çağırdığını açıqlayıb.

Baş Nazirliyin mətbuat xidmətindən verilən açıqlamada Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) dünən təsdiqlədiyi Qəzzada daimi və davam etdirilə biləcək tərzdə Ramazan ayında təcili atəşkəsin təmin edilməsini tələb edən qətnamə layihəsinə istinad edilərək, "Həmas"ın mövqeyinin "müzakirələrlə maraqlanmadığının açıq dəlili və BMT TŞ qərarının səbəb olduğu zərərin kədərli göstəricisi  olduğu iddia edilib.

Bəyanatda müharibəyə tamamilə son qoyulması və İsrail ordusunun Qəzzadan tamamilə çıxarılması daxil olmaqla "Həmas"ın "ifrat tələbləri" səbəbindən İsrail heyətinin geri çağrıldığına diqqət kəkilərək, "İsrail "Həmas"ın xəyalı tələblərinə baş əyməyəcəkdir" ifadəsi işlədilib.

Qeyd edək ki, İsrail nümayəndə heyəti Qəzzada əsirlərin sərbəst buraxılması ilə bağlı danışıqların yeni raundu üçün martın 18-də Qətərin paytaxtı Dohaya gedib.



Әlaqәli Xәbәrlәr