Fransa tarixində ilk dəfə parlament sədri qadın oldu

Fransa V Respublika Parlamenti 16-cı çağırış deputatlarının ilk sessiyası keçirilib

1849409
Fransa tarixində ilk dəfə parlament sədri qadın oldu
Yael Bron-Pive_.jpg

 

  Fransa V Respublika Parlamenti 16-cı çağırış deputatlarının ilk sessiyası keçirilib. Yeni deputatlar tarixdə ilk dəfə məclisə qadın namizədi sədr seçiblər.

  51 yaşlı xanım deputat Yael Bron-Pive (Yael Braun-Pivet) iki tur səsvermədən sonra 462 deputatdan 242-sinin səsi ilə Fransa parlamentinin sədri vəzifəsinə seçilib.

  Parlamentin hüquq komitəsinin keçmiş rəhbəri Yael Bron-Pive siyasi karyerasına 2017-ci ildə başlayıb.

  Əsas maliyyə komitəsi daxil olmaqla, qurumun digər komitə sədrlərinin növbəti günlərdə seçiləcəyi bildirilir.



Әlaqәli Xәbәrlәr