Husilәr İsrailә mәxsus gәmiyә hücum etdi

Yəməndəki husilər Ədən körfəzində İsrail gəmisini vurduqlarını bildiriblər.

2132365
Husilәr İsrailә mәxsus gәmiyә hücum etdi

Yəməndəki husilər Ədən körfəzində İsrail gəmisini vurduqlarını bildiriblər.
Husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri verdiyi müsahibədə İsrailin ''MSC Darwin'' adlı  gəmisini Ədən körfəzində raketlər və pilotsuz uçuş aparatları ilə hədəf aldıqlarını və məqsədlərinə nail olduqlarını bildirib.
Yəhya Seri İsrailin cənubundakı Eylat şəhərindəki hədəflərə də raket hücumları təşkil etdiklərini qeyd edib.
Husi qüvvələrinin Qırmızı dəniz, Oman dənizi və Hind okeanında İsrailin və bu ölkə ilə əlaqəsi olanların fəaliyyətlərini əngəlləməyə davam etdiyini ifadə edən Seri deyib: “İşğal altındakı Fələstindəki İsrailin hədəflərinə qarşı daha çox hərbi əməliyyatlar həyata keçirməyə davam edəcəyik''.
İranın dəstəklədiyi husilər İsrailin hücumlarına reaksiya olaraq oktyabrın 31-dən etibarən Yəmən sahillərində İsrail şirkətlərinə tabe olan ticarət gəmilərini ələ keçirir, bəzilərinə isə pilotsuz uçuş aparatları və raketlərlə hücum edir. 
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətlərini dayandırmaq qərarına gəlib.


Etiketlәr: #hücum , #İsrail , #husilər

Әlaqәli Xәbәrlәr