Somalidə "Əş-Şəbab"a ağır zərbələr endirilib

Somalidə terror təşkilatı "Əş-Şəbab"ın 70 üzvü həyata keçirilən hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.

2132373
Somalidə "Əş-Şəbab"a ağır zərbələr endirilib

Somalidə terror təşkilatı "Əş-Şəbab"ın 70 üzvü həyata keçirilən hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.
İnformasiya Nazirliyindən verilən yazılı açıqlamada Muduq bölgəsində “Əş-Şəbab” terror təşkilatına qarşı hava əməliyyatının həyata keçirildiyi bildirilib.
Əməliyyat zamanı təşkilatın 70 üzvünün öldürüldüyü, 30 nəfərin isə yaralandığı bildirilib.
Çərşənbə günü eyni bölgədə təşkilata qarşı həyata keçirilən əməliyyatlarda 150-dən çox ''Əş-Şəbab'' üzvünün öldürüldüyü qeyd edilib.
Somali ordusu “Əş-Şəbab”a qarşı əməliyyatlarını intensivləşdirsə də, təşkilat üzvləri mülki və hərbi bölgələri hədəf alır.



Әlaqәli Xәbәrlәr