Birləşmiş Ərəb Əmirlikləri iki ballistik raketin məhv edildiyini açıqlayıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməndəki İranın dəstəklədiyi husilərin ölkəyə göndərdiyi iki ballistik raketin məhv edildiyini açıqlayıb.

1767314

BƏƏ Müdafiə Nazirliyindən mövzu ilə bağlı verilən yazılı açıqlamada husilər tərəfindən ölkəyə göndərilən 2 ballistik raketin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi və raket qalıqlarının paytaxt Əbu-Dabi ətrafındakı müxtəlif ərazilərə düşdüyü və hücum səbəbiylə can itkisinin olmadığı bildirilib.
Açıqlamada hər cür təhdidə hazır oldunduğu və dövlətin hücumlardan qorunması üçün bütün lazımi tədbirlərin görüldüyü vurğulanıb.

Әlaqәli Xәbәrlәr