Lavrov: "Türkiyə və Rusiyanın təşəbbüsləri Qafqaz üçün çox faydalıdır"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında 2021-ci ili və gündəmdəki mövzuları dəyərləndirərkən jurnalistlərin suallarına cavab verib.

1762874
Lavrov: "Türkiyə və Rusiyanın təşəbbüsləri Qafqaz üçün çox faydalıdır"

"Türkiyə və Rusiyanın təşəbbüsləri Cənubi Qafqazda vəziyyətin yaxşılaşmasına və orada mövcud siyasi problemlərin həllinə kömək edib".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında 2021-ci ili və gündəmdəki mövzuları dəyərləndirərkən jurnalistlərin suallarına cavabən deyib.

Lavrov Türkiyə və Rusiyanın Cənubi Qafqazı sabitləşdirmək səyləri ilə bağlı suala belə cavab verib:

“Bu təşəbbüslər Cənubi Qafqazda vəziyyətin yaxşılaşmasına kömək edəcək və mövcud siyasi problemlərin, Cənubi Qafqazın üç ölkəsi ilə onların üç böyük qonşusu Rusiya arasında iqtisadi və digər əməkdaşlığın inkişafı yolu ilə daha fəal və faydalı həllinə şərait yaradır".

Azərbaycan Prezidenti İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqazla bağlı 3+3 əməkdaşlıq platformasının yaradılmasını təklif etdiklərini xatırladan Lavrov bu formatda ilk görüşün dekabr ayında Rusiyanın paytaxtı Moskvada keçirildiyini xatırladıb.

Gürcüstanın bu platformada iştirak etmədiyinə diqqət çəkən Lavrov Gürcüstanla diplomatik əlaqələrinin olmadığını və Cənubi Qafqaz məsələsində Cenevrə məsləhətləşmələri və qeyri-rəsmi ikitərəfli kanallar vasitəsilə görş keçirdiklərini bildirib.

Bunun üçün Türkiyə və Azərbaycana müraciət etdiklərini ifadə edən Lavrov, "3+3 formatında başlanan proseslər daha önəmlidir. Çünki bu formatda bütün regionun inkişafı imkanları müzakirə edilir" deyib.

Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ müharibəsindən sonra razılaşmalar əldə etdiyini xatırladan Lavrov "Bu format Rusiya, Türkiyə, İran və təbii ki, Gürcüstanı maraqlandıran imkanlara yol açır. Bu formatda ilkin şərt olmadan iştirak etmək Gürcüstanın xeyrinədir" ifadələrdən istifadə edib.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması cəhdlərinə toxunan Lavrov deyib:

"Bu məsələ ilə bağlı ilk görüşün Moskvada baş tutmasına şadıq. Burada bizim rolumuz birbaşa dialoqun qurulmasına kömək etməkdir. Ümid edirəm ki, bu, uğurlu olacaq".



Әlaqәli Xәbәrlәr