Bolqarıstanda Covid-19-la bağlı görülǝn tǝdbirlǝrǝ qarşı etiraz aksiyası keçirilib

BNN Bloonberg telekanalının yaydığı mǝlumata görǝ, paytaxt Sofiadakı parlament binasının  qarşısında keçirilən etiraz aksiyasına yüzlərlə adam qatılıb.

1761727
Bolqarıstanda Covid-19-la bağlı görülǝn tǝdbirlǝrǝ qarşı etiraz aksiyası keçirilib

 

Bolqarıstanın paytaxtı Sofiada yeni növ koronavirusla bağlı görülǝn tǝdbirlǝrlǝ ǝlaqǝdar  keçirilǝn etiraz aksiyasında qarşıdurma yaşanıb.

BNN Bloonberg telekanalının yaydığı mǝlumata görǝ, paytaxt Sofiadakı parlament binasının  qarşısında keçirilən etiraz aksiyasına yüzlərlə adam qatılıb.

Xəbərdə bildirilib ki, aksiya zamanı hüquq-mühafizə orqanları ilə nümayişçilər arasında qarşıdurma olub. Etirazçıların parlament binasına daxil olmasına  mane olmağa çalışan 4 polis ǝmǝkdaşının yaralandığı vurğulanıb.

Xəbərdə həmçinin aksiya zamanı  bir nümayişçinin dǝ saxlanıldığı qeyd olunub.



Әlaqәli Xәbәrlәr