“Qazaxıstan hakimiyyəti bilməlidir ki...”, C.Borel

Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə yüksək nümayəndəsi Cosep Borrel Qazaxıstandakı hadisələrlə əlaqədar bəyanat verib

1759460
“Qazaxıstan hakimiyyəti bilməlidir ki...”, C.Borel

 

  Avropa İttifaqı Qazaxıstandakı hadisələrdən narahatlıq duyulduğunu, ölkəyə gedən xarici hərbçilərin Qazaxıstanın suverenliyinə hörmət göstərməli olduğunu bildirib.

  Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə yüksək nümayəndəsi Cosep Borrel Qazaxıstandakı hadisələrlə əlaqədar bəyanat verib: “Qazaxıstanda dinc nümayişlərdən sonra başlayan zorakılıq hadisələri narahatlıq yaradır. Avropa İttifaqı bu hərəkətləri qınayır.

  Hadisələr başqa məqsədlər üçün sui-istifadə edilməməlidir.

  Böhranın barışçıl həllinə kömək etməyə hazırıq.

  Xarici hərbi dəstək Qazaxıstanın suverenliyi, müstəqilliyi və vətəndaşların konstitusiya haqlarına hörmət göstərməlidir.

  Qazaxıstan hakimiyyəti xalqın toplanma haqqı, ifadə və mətbuat azadlığı kimi konstitusiya haqlarını qorumalıdır.”

  Xatırladaq ki, Qazaxıstanda 2 yanvarda mayeləşdirilmiş neft qazının (LPG) qiymətlərinin artırılması və ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar etiraz nümayişləri başladı, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurmalar yaşandı. Xüsusilə, ölkənin cənubundakı Almatı şəhərində polis maşınlarını yandıran və dövlət binalarına girən etirazçılara təhlükəsizlik qüvvələri güclü müdaxilə etdi. Vəziyyət gərginləşincə ölkədə Fövqəladə Vəziyyət elan edildi.

  Qazaxıstan prezidenti Kasım Jomard Tokayev Kollektiv Təhlükəsizlik Razılaşması Təşkilatından dəstək istədi. Təşkilatın üzvləri Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan qarşıdurmaların sıx olduğu Almatı şəhərinə 2500 əsgər göndərdi.



Әlaqәli Xәbәrlәr