Enerji şirkəti "Shell"in bu ölkədəki araşdırmaları dayandırıldı

Cənubi Afrika Respublikasında yüksək məhkəmə çoxmillətli enerji şirkəti "Shell"in ölkə sahillərində aparmağa başladığı neft və qaz kəşfiyyat-axtarış fəaliyyətlərini dayandırmağ qərar verib.

1753976
Enerji şirkəti "Shell"in bu ölkədəki araşdırmaları dayandırıldı

TRT xəbər verir ki, Mahanda Ali Məhkəməsi Şərqi Keyp sahillərində "Shell" şirkətinin neft və qaz kəşfiyyatı fəaliyyətini dayandırmaq qərarına gəlib. Məhkəmi hakimi Gerald Bloem qərarla bağlı verdiyi açıqlamada seysmik tədqiqat fəaliyyətlərinin bölgədəki dəniz canlılarını təhdid etdiyinə dair güclü dəlillərin olduğunu və "Shell"in məhkəməyə bunun əksini göstərən heç bir sübut təqdim edə bilmədiyini, həmçinin yerli icmaları kəşfiyyat fəaliyyətləri haqqında lazımi səviyyədə məlumatlandırmadığını və bu icmalarla məsləhətləşmə prosesinin qüsurlu olduğunu qeyd edib. Qərara görə məhkəmənin bütün xərclərini də energetika naziri Qvede Mantaş ilə "Shell" şirkəti ödəyəcək.

Qeyd edək ki, Cənubi Afrikalı ətraf mühit fəalları noyabr ayından bəri "Shell"in kəşfiyyat- axtarış fəaliyyətlərinin ləğvini tələb edərək çoxsaylı etiraz aksiyaları keçiriblər. "Shell" şirkətinin idarə etdiyi "Amazon Warriors" seysmik tədqiqat gəmisi dekabrın 1-dən Şərqi Keyp əyalətindəki Morqans körfəzindən 20 kilometr aralıda, 700-3000 metr hündürlükdə neft və qaz axtarışları aparır.



Әlaqәli Xәbәrlәr