ABŞ terror təşkilatı PKK-ya yardımlarını davam  etdirir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden Konqresdə böyük müzakirələrdən sonra təsdiq edilən Milli Müdafiə Səlahiyyət Aktını (NDAA) imzalayıb.

1753379
ABŞ terror təşkilatı PKK-ya yardımlarını davam  etdirir

Baydenin imzası ilə rəsmiyyət qazanan Milli Müdafiə Səlahiyyət Aktı (NDAA)  ilə 768,2 milyard dollarlıq büdçə idarə ediləcək. Bunun 740 milyardı Müdafiə Nazirliyi (Pentaqon), 27,8 milyard dolları Energetika Nazirliyi nəzdində müdafiə xərcləri və 0,4 milyard dolları isə digər müdafiə xərcləri üçün ayrılıb.

Erməni və Yunan lobbisinə yaxınlığı ilə tanınan Nyu Cersi senatoru və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendezin Türkiyənin silahlı pilotsuz uçuş aparatı (SİHA) proqramını yaxından izləmək və Azərbaycana yardımların dayandırılmasının qarşısını alan qərarın ləğvini nəzərdə tutan layihələri də Milli Müdafiə Səlahiyyət Aktına (NDAA) daxil edilib.

ABŞ-ın Suriyada əməkdaşlıq etdiyi separatçı terror təşkilatı YPG/PKK-ya dəstəyin davam etdirilməsini də təklif edən qanun, Baydendən sözügedən ölkəyə hərtərəfli strategiya təqdim etməsini tələb edir.



Әlaqәli Xәbәrlәr