Filippində qasırğa qurbanlarının sayı artmaqda davam edir

Filippində ölkənin mərkəzi və cənub əyalətlərində tüğyan edən “Rai” qasırğası nəticəsində ölənlərin sayı artıb.

1750204
Filippində qasırğa qurbanlarının sayı artmaqda davam edir

Filippində ölkənin mərkəzi və cənub əyalətlərində tüğyan edən “Rai” qasırğası nəticəsində ölənlərin sayı artıb.

Təbii fəlakət zamanı ölənlərin sayı 381 nəfərə yüksəlib. Qasırğanın episentrində küləyin sürətinin saatda 195 km-ə çatdığı bildirilib.

Yerli mətbuatın məlumatına görə, təbii fəlakət zamanı azı 513 nəfər xəsarət alıb, yaralılar xəstəxanalara yerləşdirilib. Daha 56 nəfər isə itkin düşənlər siyahısındadır.

Qeyd edək ki, qasırğa ümumilikdə təxminən 780 min nəfər əhalisi olan ərazilərə ziyan vurub. Filippinin Şərqi Visayas regionunun səlahiyyətliləri on minlərlə insanı fəlakətdən əvvəl təxliyə edib. İnsanlar Cənubi Leyte, Leyte, Samar, Şərqi Samar, Şimali Samar və Biliran vilayətlərindəki 274 təxliyə mərkəzində yerləşdirilib.

Filippin ordusu təcili yardım və axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün bölgəyə qoşun göndərib.

Bölgədə araşdırmalar aparan Prezident Rodriqo Duterte 40 milyon dollar yardım ediləcəyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr