ABŞ prezidenti Co Bayden Avropa liderlərilə görüşüb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə keçirəcəyi görüş əvvəli Fransa, Almaniya, İtaliya və İngiltərə liderləri ilə Ukrayna məsələsini müzakirə edib.

1743842
ABŞ prezidenti Co Bayden Avropa liderlərilə görüşüb

TRT-nin xəbərinə görə bu barədə Ağ Evdən açıqlama verilib. Bildirilib ki, Co Bayden Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, İtaliyanın baş naziri Mario Draqi və İngiltərə baş naziri Boris Consonla görüşüb. Baş tutan telefon danışıqlarında liderlər Rusiyanın Ukrayna sərhədində qoşun toplamasından və sərt bəyanatlarından narahat olduqlarını səsləndiriblər. Rəsmi moskvanı gərginliyi azaldacaq addımlar atmağa dəvət ediblər. Donbasdakı problemini Minsk razılaşmaları çərçivəsində həl etməyin yeganə yolunun Normandiya formatı vasitəsilə aparılacaq diplomatiya olduğunu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar. məsələyə ortaq yanaşmaq üçün sıx əlaqə saxlamaq mövzusunda razılaşıblar.



Әlaqәli Xәbәrlәr