Rusiyanın Naxoddka limanından kömür daşıyan gəmi batıb

Yapon dənizində nəqliyyat gəmisinin batması nəticəsində 17 ekipaj üzvü xilas edilib, bir nəfər axtarılır.

1741722
Rusiyanın Naxoddka limanından kömür daşıyan gəmi batıb

TRT xəbər verir ki, Panama bayrağı altında üzən “Houei Crystal” yük gəmisi Yaponiyanın qərbindəki Şimane əyalətinin sahillərində qəza siqnalı veridikdən dər hal sonra  batmağa başlayıb. Qəza siqnalından  sonra Yaponiya Sahil Mühafizəsinin freqatları bölgəyə  cəlb olunub. Məlumata  görə nəqliyyat gəmisi Okinosima adasının 380 kilometr şimal-şərqində batıb. Bölgəyə cəlb olunan Cənubi Koreya Sahil Mühafizəsinin gəmiləri xilasedici qayıqla 17 ekipaj üzvünə çatıb. Yaponiya Sahil Mühafizəsi isə itkin düşən  bir üzvü  axtarır. Batan gəmi, Rusiyanın Nahxodka limanından Yaponiyanın Kinuura limanına 8 min ton kömür daşıyırdı. Gəmi heyətinin hamısının vyetnamlı olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr