Koronanın omikron növü dünyanın 20 ölkəsində

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında daha yoluxucu mutasiyalar səbəbindən omikron ştamının dünyada sürətlə yayılma ehtimalının yüksək olduğu deyilir

1741690
Koronanın omikron növü dünyanın 20 ölkəsində

 

  Koronavirus infeksiyasının omikron (omicron) növü dünyanın 20 ölkəsində və regionunda qeydə alınıb və ona yoluxma hallarının sayı artmaqdadır.

  CNN telekanalı xəbər verir ki, son 24 saat ərzində İspaniya, Avstriya, Yaponiya, həmçinin Fransanın xarici regionu olan Reunion adasında omikron növünə ilk yoluxma halları qeydə alınıb. Bundan öncə isə omikron Avstraliya, Belçika, Botsvana, Kanada, Çexiya, Danimarka, Almaniya, İsrail, İtaliya, Hollandiya, Portuqaliya, Cənubi Afrika Respublikası, İsveç, Böyük Britaniya və Çinin Honkonq regionunda aşkar edilmişdi.

  Ümumdünya Səhiyyə Təşkilatının hesabatında daha yoluxucu mutasiyalar səbəbindən omikron ştamının dünyada sürətlə yayılma ehtimalının yüksək olduğu deyilir. Həmçinin təşkilat yeni ştamla bağlı qlobal riskin son dərəcə yüksək olduğu barədə xəbərdarlıq edir.

  Qeyd edək ki, virusun omikron növü ilk dəfə bu ilin noyabr ayında Afrikanın cənubunda aşkarlanıb. Mütəxəssislərin fikrincə, o, pandemiya dövrü ərzində alimlərin müəyyən etdiyi digər növlərə nisbətən daha sürətlə yayıldığı və çox sayda mutasiyaya malik olduğu üçün təhlükə yarada bilər.



Әlaqәli Xәbәrlәr