ABŞ-da müsəlman deputat Omar ölmlə təhdid edilib

Amerika Birləşmiş Ştatlarında (ABŞ) müsəlman millət vəkili İlhan Omara yönəlik təhdidlər gündəmdədir.

1741855
ABŞ-da müsəlman deputat Omar ölmlə təhdid edilib

Respublikaçılar Partiyasının üzvü Lauren Boebert tərəfindən terrorçu adlandırılan Omar təhdid və təhqirlərdən ibarət səs yazısı aldığını bildirib.

Deputat Omar özünü terrorçu adlandıran  Boebert  ilə  telefonla danışıb. Müsəlman millət  vəkili  Omar görüşdən sonra  təşkil etdiyi mətbuat konfransında  Boebertin özündən üzr istəmədiyini, görüş baş tutduqdan sonra özünə ölüm təhdidlərin  əks etdiyi bir səs yazı göndərildiyini bildirib.

Demokratlar Partiyasından millət vəkili Ocasio Cortez isə Omara dəstəyini elan edib və Respublikaçılar Partiyasının rəhbərliyini bu təhdidlərə biganə qalmaqda günahlandırıb. Partiya daxilində irqçi ritorikanı qəbul edən “Ku Klux Klana” bənzər bir quruplaşmanın olduğunu irəli sürüb.



Әlaqәli Xәbәrlәr