Rusiya və Çin döyüş təyyarələri Cənubi Koreya hava sahəsinə girdi

Cənubi Koreya Baş Qərargahından verilən məlumatda bildirilir...

1736165
Rusiya və Çin döyüş təyyarələri Cənubi Koreya hava sahəsinə girdi

 

  Rusiya və Çinə aid döyüş təyyarələri Cənubi Koreya Hava Müdafiə və Təyinetmə Sahəsinə (KADİZ) girdi.

  Cənubi Koreya Baş Qərargahından verilən məlumatda bildirilir: “Ölkənin şərq sahillərindəki Hava Müdafiə və Təyinetmə Sahəsinə Rusiyanın 7 və Çinin 2 döyüş təyyarəsi girdi. Sözügedən döyüş təyyarələri KADİZ üzərində təxminən 10 dəqiqə ucdular.

  Hava Müdafiə və Təyinetmə Sahəsini pozan təyyarələrə cavab vermək üçün Cənubi Koreyanın döyüş təyyarələri havaya qalxdı. Ola biləcək qəzaların qarşısını almaq üçün bölgəyə təyyarələri göndərdiksə də, Rusiya və Çin təyyarələri Cənubi Koreyanın regional hava sahəsini pozmadan KADİZ bölgəsindən çıxdılar”.

  Çin səlahiyyətliləri hərbi ünsiyyət kanalı vasitəsilə Cənubi Koreyaya verdikləri açıqlamada bu uçuşların Rusiya ilə reallaşdırılan təkrarlanan hərbi manevrlərin bir parçası olduğunu bildiriblər.

  Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov Rusiya və Çinə aid döyüş təyyarələrinin Yaponiya dənizi və Şərqi Çin dənizində ortaq patrul uçuşları həyata keçirdiklərini söyləyib.

   Rusiya Müdafiə Nazirliyindən edilən şərhdə də "Çinlə reallaşdırılan patrul uçuşları üçüncü ölkələrə istiqamətli deyil. Rusiya-Çin ortaq hava patrulu qlobal strateji sabitliyi gücləndirmək məqsədiylə reallaşdırılıb" ifadələrinə yer verilib.



Әlaqәli Xәbәrlәr