Nigerdə hücum nəticəsində 25 nəfər ölüb

Nigerin Mali ilə sərhədində yerləşən Tahua şəhərində iki silahlı hücumda həyata keçirilib.

1735518
Nigerdə hücum nəticəsində 25 nəfər ölüb

TRT-nin Niger mediasına istinad etdiyi xəbərə görə, naməlum şəxslər Tahoua şəhərinin Tillia və Tahua qəsəbələrinə hücum təşkil ediblər. Hadisələr nəticəsində dinç əhalidən 25 nəfər həyatını itirib.

Silahlı hücumçular bələdiyyə və səhhiyə binaları kimi ictimai qurumları qarət etdikdən sonra ərazidən qaçıblar. Hücumlar nəticəsində  elektrik sistemləri zədələndiyi üçün Tillia və Tahoua qəsəbələrinə elektrik enerjisi verilmir.

Qeyd edək ki, Nigerin qonşusu olan Malidə fəaliyyət göstərən Əl-Qaidə və DEAŞ-a mənsub qruplaşmalar  Burkina Faso və Nigerdə intensiv hücumlar həyata keçirir. Niger digər qonşusu Burkina Faso ilə birgə hərbi əməliyyatlar həyata keçirsə də, Malidə yerləşmiş terrorçuların kökünü kəsə bilmir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə son 3 il ərzində  Nigerdəki terror hücumları səbəbiylə 313 min insan didərgin düşüb, 235 min insan isə qonşu ölkələrə sığınmaq məcburiyyətində qalıb.

İnsan hüquqları müdafiəçisi Human Rights Watch (HRW) yanvar-iyul aylarında Nigerin Mali və Burkina Faso ilə sərhədində törədilən 9 terror aktı nəticəsində dinç əhalidən 420 nəfərin öldüyünü bildirib.



Әlaqәli Xәbәrlәr