Hindistan “Aqni-5” raketi sınaqdan keçirdi

Hindistan 5000 kilometr mənzilə malik nüvə başlıq daşıya bilən qitələrarası ballistik raket sınaqdan keçirdiyini açıqlayıb.

1726101
Hindistan “Aqni-5” raketi sınaqdan keçirdi

Hindistan hökumətindən verilən açıqlamada bildirilib ki,  ölkənin şərq sahilində yerləşən adadan buraxılan 5 min kilometr mənzilli “Aqni-5” raket uğurla sınaqdan keçirilib. Açıqlamada raket sınağının “etibarlı minimum çəkindirmə siyasəti”nə uyğun olduğuna diqqət çəkilib. “Aqni-5” ballistik raketin Çinin hər nöqtəsini vura biləcəyi iddia edilir.  



Әlaqәli Xәbәrlәr