Katoliklərin Ruhani lideri Papa Francis haqqındakı iddiaları təkzib edib

Katoliklərin Ruhani lideri Papa Francis istefa verəcəyinə dair iddiaların doğru olmadığını bildiribs.

1700893
Katoliklərin Ruhani lideri Papa Francis haqqındakı iddiaları təkzib edib

84 yaşlı Papa İspaniyanın COPE radio şəbəkəsinə müsahibəsində bu barədə danışıb. O qeyd edib ki, bu iddiaların qaynağını bilmirəm. Belə bir fikrim yoxdur və ağlımdan belə keçmiyib. Papa noyabr ayında Qlazqoda keçiriləcək Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransına (COP26) qatılacağını da sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr