“Kanada köçlə bağlı dünyaya liderliyə davam edir”, M.Mendiçino

Kanada vətəndaşlıq və immiqrasiya naziri Marko Mendiçino (Marco Mendicino) verdiyi məlumatda bildirib...

1680388
“Kanada köçlə bağlı dünyaya liderliyə davam edir”, M.Mendiçino

 

  Kanada 2021-ci ilin sonuna qədər ümumilikdə 401 min yeni immiqrant qəbul edəcək.

  Kanada vətəndaşlıq və immiqrasiya naziri Marko Mendiçino (Marco Mendicino) verdiyi məlumatda bildirib: “Heç nəyə baxmayaraq, Kanada köç mövzusunda dünyaya liderliyə davam edir. Bu il 401 min yeni daimi sakin qəbuletmə öhdəliyimizi yerinə yetirəcəyik. İşlər doğru istiqamətdə irəliləyir."

  Kanadada bu günə qədər 1 ildə qəbul ediləcək ən çox immiqrant sayı olan 401 min adam arasında ölkə xaricindən edilən müraciətlərlə yanaşı, uyğun şərtlərdəki xarici tələbələr, müvəqqəti xarici işçilər və hal-hazırda Kanadada olan sığınmacılar yer alır.

  Kanada İmmiqrasiya İdarəsinin məlumatına görə, 2021-ci ilin iyun ayında bir ayda indiyə qədərki ən yüksək rəqəm olan 45 min 100 immiqrant müraciəti qiymətləndirilib. Bunlardan 35 min 600-ünə ölkədə daimi qalma icazəsi verilib.

  Yeni tip koronavirus (Covid-19) epidemiyasından sonra artan iş qüvvəsi ehtiyacını qarşılamaq istəyən Kanada hökuməti sözügedən mövzu ilə bağlı kəsri bağlamaq üçün 2022-ci ildə 411 min və 2023-cü ildə isə 421 min yeni immiqrant qəbul etməyi planlaşdırıb.

  Qeyd edək ki, ölkəyə ən çox immiqrantın qəbul edildiyi il 400 min 810 rəqəmlə 1913-cü il olmuşdu.



Әlaqәli Xәbәrlәr