İtaliyada meşə yanğınları tüğyan edir

İtaliyanın qərbində yerləşən Sardiniya adasında dünən başlayan meşə yanğını səbəbindən 1500-dən çox insan evakuasiya edildi.

1680068
İtaliyada meşə yanğınları tüğyan edir

İtaliyanın media orqanı Rainews24 kanalının xəbərinə görə, dünən axşam adanın qərbindəki Oristano vilayətinin ətarfında başlayan yanğından meşələri, zeytunluqları və əkin sahələrini əhatə edən 20 min hektardan çox ərazi təsirlənib. Güclü külək səbəbindən yanğın sürətlə yayılmaqda davam edir.

Yanğından ən çox təsirlənən Scano Montiferroda təxminən 400 nəfər təxliyə edilib və digər kiçik yaşayış məntəqələrində də tüstü səbəbiylə evakuasiya davam edir. Nəfəs almağın çətinləşdiyi bölgdə, 1500 nəfər evini tərk etməli olub. Təhlükəsizlik qüvvələri, xilasetmə dəstələri, meşə, mülki müdafiə qrupları və könüllülər daxil olmaqla 7500 nəfər və təxminən 20 təyyarə yanğını söndürməyə çalışır.

İtaliya Mülki Müdafiə Agentliyi, Avropa İttifaqı ölkələrindən yanğın söndürmə fəaliyyətlərindən istifadə ediləcək texnikalar tələb edib.



Әlaqәli Xәbәrlәr