Almaniyada yeni tip koronavirusun "Delta" variantı artmaqda davam edir

Almaniyada yeni tip koronavirus (Covid-19) daha yoluxucu olan "Delta" variantının yeni yoluxma hallarında nisbəti 84 faizə çıxıb.

1679323
Almaniyada yeni tip koronavirusun "Delta" variantı artmaqda davam edir

Almaniyada yeni tip koronavirusun (Covid-19) daha yoluxucu olan "Delta" variantının yeni yoluxma hallarındakı nisbəti 84 faizə çıxıb.

Robert Kox İnstitutunun (Robert Koch Institute) yayımladığı hesabatda Almaniyada son dövrlər "Covid-19" infeksiyasının böyük hissəsinin narahatlıq doğuran variantlardan qaynaqlandığı bildirilib.

Hesabatda 5-11 iyul tarixlərində araşdırılan yeni "Covid-19" infeksiyasına yoluxma hallarının 84 faizində "Delta" variantının, 12 faizində Alfa variantının aşkar edildiyi məlumatı yer alıb.

"Delta" variantının ölkədə sürətlə yayıldığına diqqət çəkilən hesabatda may ayının ortalarında 2,6 faiz olaraq aşkarlanan yeni yoluxmalarda "Delta" variantının nisbətinin iyun ayının sonunda 59 faizə çıxdıyı vurğulanıb. 



Әlaqәli Xәbәrlәr