Haiti prezidentini kim öldürüb?

Polis rəisi Xorxe Luis Varqas (Jorge Luis Vargas) mətbuata verdiyi açıqlamada deyib...

1676659
Haiti prezidentini kim öldürüb?

 

  Kolombiya polisi Haiti prezidenti Covanel Moizin (Jovenel Moise) öldürülmə əmrini əvvəlki Ədalət Nazirliyinin sabiq səlahiyyətli əməkdaşı Cozef Feliks Badionun (Jozef Felix Badio) verdiyini bildirib.

  Polis rəisi Xorxe Luis Varqas (Jorge Luis Vargas) mətbuata verdiyi açıqlamada deyib: “Nəzarətə alınan adamlar Badio ilə görüşlərindən az sonra Covanel Moizə sui-qəsd əmri alıblar. Moiz cinayətinin arxasında Ədalət Nazirliyində əvvəllər rəis olan, Ümumi Kəşfiyyat Təşkilatı və Sui-İstifadə ilə Mübarizə Komissiyasının əməkdaşı Cozef Feliks Badionun olduğu görünür”.

  Kolumbiya prezidenti İvan Duke (İvan Duque) də hadisəyə münasibət bildirərək 16 iyul şərhində nəzarətə alınan, Kolumbiya ordusunda əvvəllər xidmət etmiş hərbçilərdən bəzilərinin Covanel Moisin öldürüləcəyini bilmədiklərini, bəzilərinin isə bildiklərini söyləyib.

  Kolumbiyanın bir televiziya kanalı Amerika Federal İstintaq Bürosuna (FBİ) istinadən verdiyi xəbərdə isə Haiti prezidentinə sui-qəsdin arxasında baş nazir vəzifəsini əvəz edən Klod Cozefin (Claude Jozef) olduğunu bildirib. Haiti polisi isə bu iddialara qarşı çıxıb.  

  Qeyd edək ki, Covanel Moiz sui-qəsddən 2 gün əvvəl Klod Cozefin yerinə yeni baş naziri elan etmişdi.

  Haiti prezidentinə sui-qəsdlə bağlı 18-i Kolumbiya ordusunun sabiq hərbçiləri olmaqla 23 nəfər nəzarətə götürülüb. İstintaq üçün FBİ də daxil olmaqla bir çox ölkənin əlaqədar qurumlarından dəstək alınıb.  

  Covanel Moizin sui-qəsdlə öldürülməsilə bağlı hər gün yeni materiallar ortaya çıxır.

  Sosial mediada paylaşılan videoda sui-qəsdi təşkil edən şübhəlilərin "DEA (ABŞ Narkotiklə Mübarizə İdairəsi) əməliyyatı" deyə qışqıraraq Moizin evinə basqın etdikləri görünür. Bundan sonra hadisədə Amerika Birləşmiş Ştatlarının barmağı olduğuna dair Haiti ictimaiyyətinin şübhələri artmaqdadır.

  Mətbuatda yayılan xəbərlərdə muzdluların evinə girərək Moizin uşaqlarının və qulluqçularının əllərini və gözlərini bağladıqdan sonra prezidentin iş və yataq otaqlarını dağıtdıqları yazılır.

  Sui-qəsddən sonra Covanel Moiz yataq otağı döşəməsində alnından, sinəsindən, ombasından və mədəsindən vurulmuş, sol gözü oyulmuş halda tapılıb.

  Moizə təşkil edilən sui-qəsdin istintaqını icra edən Karl Henri Destin (Carl Henry Destin) Haitinin “Le Nouvelliste” qəzetinə verdiyi 10 iyul şərhində prezidentin öldürülmədən əvvəl işgəncəyə məruz qaldığı, qızının qaçdığı, oğlu və qulluqçuların ağızlarının bağlanıldığı məlumatını verib.

  Biopsiya (yarılma) hesabatında Covanel Moizin qolunda və sağ ayağında qırıqlar olduğu yazılır.

  Polis müdiri Leon Çarlz (Leon Charles) isə Covanel Moiz sui-qəsdinin 26 kolumbiyalı və 2 Haiti əslli ABŞ vətəndaşı tərəfindən edildiyini söyləyib.

  Xatırladaq ki, Haitinin 53 yaşlı prezidenti Covanel Moiz 7 iyulda silahlı adamlar tərəfindən evinə edilən hücumda həyatını itirib, həyat yoldaşı Martına Moiz isə yaralanıb. Polislə qarşıdurma nəticəsində 10 şübhəli öldürülüb.



Әlaqәli Xәbәrlәr