Fransada erməni mafiya klanı ələ keçdi

Cinayətkar dəstə ilə bağlı təhqiqatın hələ 2019-cu ildə başladığı bildirilir

1665069
Fransada erməni mafiya klanı ələ keçdi

 

  Fransanın yerli mətbuat orqanlarının yaydığı məlumata əsasən, ermənilərdən və gürcülərdən ibarət müxtəlif növ oğurluq üzrə ixtisaslaşmış beynəlxalq mütəşəkkil cinayətkar dəstə saxlanılıb.

  Cinayətkar dəstə ilə bağlı təhqiqatın hələ 2019-cu ildə başladığı bildirilir. Polisin səhər saat 6-da apardığı əməliyyat nəticəsində təkcə Strasburqda yerləşmiş erməni mafiya klanının başçısı və 12 nəfər əlaltısı saxlanılıb.

  Polis saxlanılan şəxslərin evlərində apardığı axtarışlar zamanı 5 tapança, 4 maşın, bir motosikl, 352 siqaret bloku, 66 şüşə spirtli içki, 103 böyük markadan olan ətir, 17 min avro, bəzək əşyaları, sərgi nümunələri aşkarlanıb.

  Qeyd edək ki, cari ilin fevralında da Fransanın şimalında saxlanılan mütəşəkkil cinayət qrupunun üzvləri arasında ermənilər olmuşdu.

  2018-ci ildə İspaniya polisi narkotik maddələrin satışı üzrə ixtisaslaşmış fəal erməni mafiyasına qarşı əməliyyat aparmış və nəticədə əksəriyyəti erməni olan 142 nəfər saxlanılmışdı. Bildirilmişdi ki, bu qrup Avropada məskunlaşan ən böyük erməni mənşəli beynəlxalq təşkilatdır. Həmin təşkilatın üzvlərinin narkotika ticarəti, çirkli pulların yuyulması, silah ticarəti, tütün kontrabandası ilə məşğul olduqları aşkarlanmışdı.

  Xatırladaq ki, bu il may ayının 26-da Fransanın Sənt-Etyen şəhərində ermənilər qambiyalı gənci amansızlıqla sakinlərin gözü qarşısında qətlə yetiriblər.



Әlaqәli Xәbәrlәr