ABŞ-da 2020-ci ildə qocalar evlərindəki ölümlər 32% artıb

ABŞ Səhiyyə Nazirliyinin müfəttişləri tərəfindən hazırlanan hesabatda bu barədə ətraflı məlumat verilib.

1663227
ABŞ-da 2020-ci ildə qocalar evlərindəki ölümlər 32% artıb

Qeyd edilib ki, yeni növ koronavirus (Kovid-19) epidemiyasının ən təsirli olduğu 2020-ci ildə qocalar evi sakinləri arasında ölüm nisbəti əvvəlki ilə müqayisədə 32% artıb. Hesabatda 2020-ci ildə qocalar evlərində səhiyyə xidməti alan hər 10 xəstədən təxminən 4-nün koronavirusa yoluxduğu və 2019-cu ilə müqayisədə həyatını itirənlirin sayının 169 min 291 çox olduğu bildirilib.

“Niyə qocalar evlərindəki xəstələr bu qədər müdafiəsiz qaldılar” sualını ünvanlayan hesabat müəlliflərində Nancy Harrison, məsələnin aydınlatılmasını tələb edib.

Qeyd edək ki, 2020-ci ilin əvvəlində Kovid-19 epidemiyasının ilk dalğalanma statistikasını ehtiva edən hesabatda, qocalar evlərində koronavirusa yoluxan və ya həyatını itirən Asiyalı Amerikalıların sayının Afrika və Latin mənşəli olanlardan daha yüksək olduğuna diqpqət çəkilib. 2020-ci ildə ölüm nisbəti Asiya mənşəli Amerikalılarda 27%, ağlarda 24%, Afrikalılar və Latin olanlarda 23% olub.



Әlaqәli Xәbәrlәr