Somalidə Əş-Şəbab terror təşkilatına ağır zərbə endirilib

Somalidə Əş-Şəbab terror təşkilatına qarşı həyata keçirilən əməliyyat nəticəsində ən azı 50 terrorçu zərərsizləşdirilib.

1657563
Somalidə Əş-Şəbab terror təşkilatına ağır zərbə endirilib

Somali ordusundan yayılan açıqlamada bildirilib ki, terror təşkilatı Əş-Şəbaba qarşı mübarizə çərçivəsində 11 iyunda Hiiraan bölgəsində start verilən. hələ də davam edən əməliyyatlar nəticəsində ən azı 50 yaraqlı zərərsizləşdirilib. Təşkilatın istifadə etdiyi yaşayış məntəqələri məhv edilib.

Qeyd edək ki, Əş-Şəbab terror təşkilatı bölgədəki təhlükəsizlik qüvvələrinə və mülki yaşayış məntəqələrinə intensiv hücumlar təşkil edir. Təxirə salınmış seçkilərə hazırlaşan Somalidə ordunun davam edən əməliyyatları nəticəsində 6 kənd Əş-Şəbab mənsubu terrorçulardan təmizlənib.



Әlaqәli Xәbәrlәr