Demokrat Berni Sanders ölkəsinə Fələstinlə əlaqədar çağırış edib

ABŞ Konqresində Vermont senatoru Demokrat Berni Sanders İsrailin repressiv siyasətinə qarşı ABŞ-ın istiqamətini dəyişib neytral bir yanaşma tətbiq etməsinin vacibliyini dilə gətirib.

1639709
Demokrat Berni Sanders ölkəsinə Fələstinlə əlaqədar çağırış edib

ABŞ Konqresində Vermont senatoru Demokrat Berni Sanders İsrailin repressiv siyasətinə qarşı ABŞ-ın istiqamətini dəyişib neytral bir yanaşma tətbiq etməsinin vacibliyini dilə gətirib.

Sandersin "New York Times"da İsrailin son hücumlarına dair "ABŞ Orta Şərqdə Tərəfsiz Bir Yanaşmanı Dəstəkləməli" başlıqlı məqaləsi yer alıb.

İsrail ilə Fələstin arasındakı hər qarşıdurmada illərdir eyni "İsrailin özünümüdafiə haqqı" ifadəsinin illərdir səsləndirildiyini xatırladan Sanders "Yaxşı, Fələstin xalqının haqqı nədir?" sualı nə üçün heç vaxt verilmir? Nə üçün İsrail və Fələstindəki şiddəti yalnız İsrailə raketlər düşdüyündə görürük?" deyə yazıb. 

Sanders Həmasın atdığı raketlərin qəbuledilməz olduğunu vurğulayıb, ancaq bugünkü qarşıdurmaların bu raketlərlə başlamadığını qeyd edib. 

İsrailin Baş naziri Binyamin Netanyahu hökumətinin fələstinliləri digəri kimi görərək iki dövlətli həll imkanının qarşısını almaq üçün qanunsuz məskunlaşma siyasəti yürütdüyünü vurğulayan Sanders "İsrail sülh və ədalət əvəzinə bu torpaqlar üzərində qeyri-bərabər və qeyri-demokratik nəzarəti gücləndirir" deyib.

Vermont senatoru ABŞ-ın yeni prezidenti Cozef Baydenin dünyaya ədalət və demokratiya əsaslı bir yanaşma şansı olduğunu "Biz kursumuzu dəyişdirməli və mülki insanların qorunması ilə bağlı beynəlxalq hüququ dəstəkləyən və gücləndirən qərəzsiz bir yanaşma qəbul etməliyik" deyə bildirib. 

ABŞ-ın hər il İsrailə təxminən 4 milyard dollar hədiyyə etdiyini xatırladan Sanders Netanyahu hökuməti ilə onun demokratik olmayan və irqçi davranışlarını artıq müdafiə etməməyin vacibliyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr