BMT Təhlükəsizlik Şurası 16 mayda İsrail-Fələstin münaqişəsini müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası 16 mayda Fələstin-İsrail qarşıdurma zonasında gərginliyin artmasını müzakirə etmək üçün açıq iclas keçirəcək.

1639170
BMT Təhlükəsizlik Şurası 16 mayda İsrail-Fələstin münaqişəsini müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası 16 mayda Fələstin-İsrail qarşıdurma zonasında gərginliyin artmasını müzakirə etmək üçün açıq iclas keçirəcək.

ABŞ-ın BMT Təhlükəsizlik Şurasının cümə günü (14 may) iclasına etirazından sonra Şura İsrail və Fələstin arasındakı gərginliyin və davam edən zorakılığı bazar günü (16 may) açıq iclasda müzakirə etmək qərarına gəlib.

ABŞ BMT Təhlükəsizlik Şurasının may ayı növbəti sədri Çin ilə Şuranın müvəqqəti üzvləri Norveçin və Tunisin cümə günü toplantı keçirilməsinə dair tələbinə "gərginliyi azaltma cəhdlərinə qatqısı olmayacağı" səbəbilə etiraz etmişdi.

BMT Təhlükəsizlik Şurası bu həftə iki dəfə təcili iclasda toplandı, lakin ABŞ-ın etirazına görə heç bir addım ata bilmədi.

Şura bazar günü keçiriləcək iclasla üçüncü dəfə bir araya gələcək.

BMT-nin Baş katibi Antonio Quterreş də İsrail-Fələstin münaqişəsində gərginliyin azaldılmasına və tərəflər arasında hərbi döyüşlərin son qoyulmasına çağırıb.

Bu barədə A.Quterreş öz "Twitter" səhifəsində yazıb.
Baş katib qeyd edib: "Ramazan bayramı ruhuna hörmət olaraq, dərhal Qəzza zolağı və İsraildə gərginliyin azaldılmasına və döyüşlərin dayandırılmasına çağırıram. Həddindən artıq çox günahsız dinc insan həlak olub. Bu münaqişə yalnız bölgədəki qarşıdurmanın kəskinləşməsini və ekstremist fəaliyyətləri şiddətləndirə bilər".



Әlaqәli Xәbәrlәr