İsrail polisi Әqsa mәscidindәn çıxan fәlәstinlilәrә müdaxilә edib

İsrail polisinin sübh namazından sonra Әqsa mәscidindәn çıxan camaata rezin güllә vә sәs bombası ilә müdaxilә etmәsi nәticәsindә 10 nәfәr yaralanıb.

1636771

Mәlumata görә, yüzlәrlә adam Qiblә mәscidi ilә Kubbetüs Sahra arasında toplanaraq Fәlәstin vә Hәmas bayraqları daşıyıblar.

Müxtәlif şüarlar sәslәndirәn yüzlәrlә adam Әqsanın Aslanlı qapısı  vә Hutta qapısına doğru yürüş edib.

Bu qapıların arxasında gözlәyәn İsrail polisi Әqsa mәscidindәn çıxan camaata rezin güllә vә sәs bombası ilә müdaxilә edib.

Fәlәstinli gәnclәr isә polisә daşla cavab verib.

Fәlәstin Qızıl Aypara Cәmiyyәtindәn verilәn açıqlamaya görә, müdaxilә naticәsindә 10 fәlәstinli yaralanıb.

İsrail polisi bәzi fәlәstinli gәnclәri saxlayıb.

İsrail polisinin dünәn  fәlәstinlilәrә etdiyi müdaxilә nәticәsindә 90 nәfәr yaralanmışdı.Fәlәstin Qızıl Aypara Cәmiyyәti yaralananlar arasında uşaqların da olduğunu açıqlamışdı.

Әlaqәli Xәbәrlәr