Qırğızıstan Prezidenti Sadır Japarov ilk müsahibəsini TRT-yə verib

Qırğızıstan Prezidenti Sadır Japarov dünya televiziyasında ilk müsahibəsini Türk Radio və Televiziya Qurumuna (TRT) verdi.

1635196
Qırğızıstan Prezidenti Sadır Japarov ilk müsahibəsini TRT-yə verib

Qırğızıstan Prezidenti Sadır Japarov dünya televiziyasında ilk müsahibəsini Türk Radio və Televiziya Qurumuna (TRT) verdi.

Sadır Japarov "TRT Avaz"ın "Avrasiya gündəmi" xüsusi yayımında Coşkun Özenin suallarını cavablandırıb.

Japarov Türkiyə ilə Qırğızıstan arasındakı əlaqələrdən bəhs edərək, iki ölkə arasında yeni bir dövrün astanasında olduqlarını vurğulayıb.

Sadır Caparov "Türkiyə ilə Qırğızıstan arasındakı münasibətlər keçmişdən bəridir qardaşlıq münasibətidir" deyib.

“Bizim ortaq minillik tariximiz var. Bu səbəbdən Türkiyə və digər Türk dövlətləri ilə münasibətləri qardaş kimi formalaşdırmaq üçün səy göstərəcəyik" deyə Japarov vurğulayıb.

Japarov Türk dünyasında daha fəal bir Qırğızıstan olacağını bildirib və Türk Dilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) əhəmiyyətini vurğulayıb, bu təşkilatların fəal üzvləri olduqlarını dilə gətirib.

TRT-ni yaxından izlədiyini vurğulayan Japarov Qırğızıstan dövlət kanalı "KTRK"-nın TRT ilə əməkdaşlıq edə biləcəyinə diqqət çəkib.

Qırğızıstan Prezidenti hər iki kanalın birlikdə işləməyə qərar verəcəyi təqdirdə lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr