“Böyük Yeddilər” ölkələrinin xarici işlər nazirlərinin yığıncağı Londonda başlayıb

Dünyanın sənaye sahəsində inkişaf etmiş 7 ölkəsi (G7) və Avropa İttifaqını (Aİ) bir araya gətirən xarici işlər nazirləri səviyyəsində G7 toplantısı növbəti sədr İngiltərənin ev sahibliyi ilə paytaxt Londonda başlayıb.

1633522

İngiltərə, Almaniya, Amerika Birləşmiş Ştatları (ABŞ), Fransa, İtaliya, Yaponiya və Kanada daxil olmaqla G7 ölkələrinin xarici işlər nazirləri yeni növ koronavirus (Covid-19) epidemiyası başladığı gündən ilk dəfə qarşılıqlı yığıncaq üçün bir araya gəliblər.

İclasa qonaq qismində Cənubi Koreya, Hindistan, Avstraliya və Cənubi Afrikanın xarici işlər nazirləri və hazırda ASEAN-ın sədrliyini icra edən Bruney Sultanlığı dəvət edilib.

11-13 iyun tarixlərində İngiltərənin cənub-qərbindəki Kornval qəsəbəsində keçiriləcək G7 Dövlət Başçıları Sammitinə hazırlıq olaraq da görülən görüş 2 gün davam edəcək.

İclasda iqlim dəyişikliyi, İranla nüvə danışıqları, Suriyada davam edən müharibə, Myanmadakı hərbi çevriliş, "Covid-19" epidemiyası, Rusiya və Çin mövzularının müzakirəsi gözlənilir.

Әlaqәli Xәbәrlәr