Mahmud Abbas: "Qüds olmadan seçki keçirilməyəcək"

Mahmud Abbas işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərində təşkil edilən Fələstinli Liderlər Yığıncağında açıqlama verib.

1631076
Mahmud Abbas: "Qüds olmadan seçki keçirilməyəcək"

Fələstinin dövlət başçısı Mahmud Abbas İsrail səlahiyyətliləri işğal altındakı Şərqi Qüdsdəki seçkilərə icazə verməyəcəkləri təqdirdə 22 may tarixində keçirilməsi planlaşdırılan Fələstin parlament seçkilərinə getməyəcəklərini söyləyib.

Mahmud Abbas işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərində təşkil edilən Fələstinli Liderlər Yığıncağında 22 may tarixində keçirilməsi planlaşdırılan seçkilərlə əlaqədar açıqlamalar verib.

Abbas Tel-Əviv rəhbərliyinin hökumətin qurula bilməməsi səbəbiylə işğal olunmuş Şərqi Qüdsdəki Fələstin seçkiləri ilə əlaqədar onlara cavab verməkdən imtina etdiyini bildirib.
Abbas "Hazırda İsraildən bir hökumət olmadığından Qüdsdəki seçkilərə cavab verə bilməyəcəklərinə dair mesajları aldıq" deyib.

Avropa İttifaqının (Aİ) İsrailin Qüdsdə seçki tələbinə cavab verməkdən imtina etməsindən məyus olduğunu dilə gətirdiyini söyləyən Abbas "Qüds olmadan seçkilərə getməyəcəyik" deyə bildirib.

Xatırladaq ki, Prezident Mahmud Abbas 15 ildən sonra İsrailin işğalı və mühasirəsi altındakı Fələstin ərazilərində seçkilər keçirilməsini nəzərdə tutan fərmanı 15 yanvarda imzalamışdı.

Fərmanda parlament seçkilərinin 22 mayda, prezidentliyə 31 iyulda və Fələstin Milli Şurası seçkilərinin 31 avqustda keçiriləcəyi nəzərdə tutulmuşdu.



Әlaqәli Xәbәrlәr