ABŞ öz qoşunlarını Əfqanıstandan çıxarır

NATO qaynaqları NATO müttəfiqlərinin 1 may tarixindən Əfqanıstandan çıxmaq mövzusunda 14 apreldə qərar verdiklərini xatırladıb.

1631073
ABŞ öz qoşunlarını Əfqanıstandan çıxarır

NATO qaynaqları NATO müttəfiqlərinin 1 may tarixindən Əfqanıstandan çıxmaq mövzusunda 14 apreldə qərar verdiklərini xatırladaraq, "Qoşunların çıxarılması işinə başlanılıb" deyə bildiriblər.

Çıxışın nizamlı, koordinasiyalı və diqqətli bir proses olacağını vurğulayan NATO rəsmisi "Əsgərlərimizin təhlükəsizliyi hər mərhələdə ən başlıca prioritet olacaq. Heyətimizi qorumaq üçün bütün lazımi tədbirləri görürük" ifadəsindən istifadə edib.

NATO rəsmisi əsgər sayı və hansı ölkənin qoşunlarının nə zaman çıxacağı ilə bağlı bir cədvəl verməyib, lakin çıxma prosesinin bir neçə ay ərzində başa çatacağını bildirib.
Qoşunların çıxması zamanı "Taliban" hücumlarına "güclü şəkildə cavab veriləcəyini" vurğulayıb.

ABŞ da Əfqanıstandan işçi qüvvəsini və texnikasını çıxarmağa başlayıb. 

Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi "Çıxış başladı. Əlbətdə ki, bu, prosesin ilk mərhələsidir, hələ çox sayda işçi və texnika çıxmayıb, amma prosesə başlanıldı" deyib.

Qeyd edək ki, NATO Baş katibi Yens Stoltenberq üzvlərin müdafiə və xarici işlər nazirlərinin 14 aprel tarixindəki görüşündən sonra 1 may tarixindən etibarən Əfqanıstandan ayrılmaq mövzusunda birlik içində olduqlarını söyləmişdi.

Əfqanıstanda 10 minə yaxın NATO əsgəri var.



Әlaqәli Xәbәrlәr