Malayziya, Hindistan ilə reysləri qarşılıqlı dayandırdı

Malaziya, Hindistanda mutasiyaya uğramış ştammının ölkəyə daxil olmasının qarşısını almaq üçün qarşılıqlı hava səyahətini dayandırmaq qərarına gəlib.

1629122
Malayziya, Hindistan ilə reysləri qarşılıqlı dayandırdı

Müdafiə naziri İsmail Səbri Yakub Hindistanda aşkarlanan və “Çüt mutant” variantı olaraq bilinən “B.1.617”-ə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirləri açıqlayıb. Qeyd edib ki, Hindistan və Malayziya arasında birbaşa və ya dolayı reyslər sabahdan etibarən dayandırılacaq. Malayziyada iş və yaşayış icazəsi olan Hindistan vətəndaşları da ölkəyə daxil ola bilməyəcəklər. İki ölkə arasında qarşılıqlı məhsul ixracı və idxalı da bir müddət təxirə salınacaq.



Әlaqәli Xәbәrlәr