Sudanda qəbilə qarşıdurmaları yenə minlərlə adamı didərgin saldı

Sudan səlahiyyətliləri ölkə içində didərgin düşmüş insanların sığındığı 13 yeni toplanma nöqtəsinin varlığını təsdiq edib

1625045
Sudanda qəbilə qarşıdurmaları yenə minlərlə adamı didərgin saldı

 

  Sudanın Qərbi Darfur əyalətinə bağlı Cineyne şəhərində apreldə yenə qəbilə qarşıdurmaları nəticəsində təxminən 40 min adam yerindən-yurdundan didərgin düşüb.

  Birləşmiş Millətlər Təşkilatının Mühacir İşləri üzrə Koordinasiya Mərkəzinin hesabatına görə, son qəbilə qarşıdurmaları 40 min adamın ölkə içində və qonşu dövlətlərə qaçmasına səbəb olub.

  Ümumilikdə bu il Qərbi Darfur bölgəsində evlərini tərk etmək məcburiyyətində qalanların sayı 149 mini keçib.

  Sudan səlahiyyətliləri ölkə içində didərgin düşmüş insanların sığındığı 13 yeni toplanma nöqtəsinin varlığını təsdiq edib.

  BMT ofisi humanitar yardım təşkilatlarının vəziyyətini təcili dəstəkləmək üçün daha çox personal ilə təxminən 200 ton qidanı yük maşınıları ilə bölgəyə göndərib.  

  Xatırladaq ki, BMT 13 apreldə zorakılıq hadisələri nəticəsində 1860 nəfərin Qərbi Darfurdan qonşu Çada köçdüyünü bildirmişdi. Sudan Mərkəzi Həkimlər Komitəsi isə Qərbi Darfur əyalətinə bağlı Cineyne şəhərində 3 apreldən bu yana yaşanan qəbilə qarşıdurmalarında 144 adamın öldüyünü, 233 nəfərinsə yaralandığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr