Cen Psaki Ukrayna-Rusiya sәrhәdindә yaranan vәziyyәti  qiymәtlәndirib

Amerika rәhbәrliyi Ukrayna-Rusiya sәrhәdindә yaranan  gәrginliklә bağlı ukraynalı rәsmilәrlә görüşlәr keçirdiklәrini açıqlayıb.

1619935
Cen Psaki Ukrayna-Rusiya sәrhәdindә yaranan vәziyyәti  qiymәtlәndirib

Amerika rәhbәrliyi Ukrayna-Rusiya sәrhәdindә yaranan  gәrginliklә bağlı ukraynalı rәsmilәrlә görüşlәr keçirdiklәrini açıqlayıb.

Ağ Evin sözçüsü Cen Psaki tәşkil etdiyi gündәlik mәtbuat konfransında Ukrayna-Rusiya sәrhәdindәki gәrginliyi qiymәtlәndirib.

Cen Psaki deyib: ‘‘Bölgәdә yaranan vәziyyәtә görә narahatıq. Hәftәsonu әrzindә Rusiya qüvvәlәrinin bölgәdә artan tәcavüzkarlığını izlәdik’’.

Cen Psaki Amerika Birlәşmiş Ştatları dövlәt katibi Entoni Blinken  vә müdafiә naziri Loyd Ostinin Belçikanın paytaxtı Brüsselә bu hәftә edәcәyi sәfәr çәrçivәsindә NATO tәrәfdaşları ilә bu mövzunu müzakirә edәcәklәrini bildirib.

‘‘Eyni zamanda ukraynalı rәsmilәr ilә bir sıra sәviyyәdә görüşlәr aparırıq’’,-deyә Cen Psaki vurğulayıb.



Әlaqәli Xәbәrlәr