Hollandiya “AstraZeneca” peyvəndinin istifadəsini dayandırdı

Hollandiya mediasının yazdığına görə...

1614274
Hollandiya “AstraZeneca” peyvəndinin istifadəsini dayandırdı

 

  Hollandiya Oksford Universiteti ilə dərman firması “AstraZeneca”nın hazırladığı “Covid-19” peyvəndinin istifadəsini tamamilə dayandırdı.

  Hollandiya mediasının yazdığına görə, bələdiyyələrə bağlı Səhiyyə Xidmətləri Birliyi (GGD GHOR) buna səbəb peyvəndin əks təsir və ölümlərə bais olduğunu göstərib.

  “AstraZeneca” peyvəndinin ölkədə ləğv edildiyi xəbərlərində “Pfizer/BioNTech” peyvəndinin tətbiq olunmağa davam ediləcəyi yazılır.

  Bu qərar Hollandiya Səhiyyə Nazirliyi ilə Səhiyyə və Ətraf Mühit Dövlət İnstitutunun (RİVM) rəyləri əsasında verilib.

  Xatırladaq ki, nazirlik hələ martın 15-də “AstraZeneca” peyvəndinin istifadəsini müvəqqəti dayandırmışdı.

  Hollandiyada 800-dən çox şöbəsi, 250 minə yaxın üzvü olan Hollandiya Yaşlılar Cəmiyyətinin (KBO-PCOB) sədri Marsel Sturkenbum (Marcel Sturkenboom) “AstraZeneca”nın 60 yaşdan yuxarı insanlara vurulmasını tənqid etmişdi.

  Hollandiya Səhiyyə Nazirliyi 4 martda verdiyi məlumatda “AstraZeneca” peyvəndi vurulan 5 qadında əks təsir göründüyü və onlardan birinin ağciyərindəki qan laxtalanmasından öldüyü yazılır.



Әlaqәli Xәbәrlәr